MİT qaranlıq hava şəraitində ərazidən uzaqlaşmağa çalışan PKK-çıları vurdu - Video
Türkiyə Milli İstehbarat Təşkilatı (MİT) Suriyanın Qamışlı şəhərində PKK/YPG-yə məxsus silah-sursatları hədəf alıb.
Türkiyə mediası xəbər verir ki, terrorçuların Əsəd rejimindən ələ keçirdiyi ağır silah və sursatların olduğu 12 TIR, 2 tank və 2 sursat anbarı məhv edilib.
PKK-çılar qaranlıq hava şəraitindən istifadə edərək, texnikaları TIR-lara yükləyib ərazidən uzaqlaşmağa çalışarkən hədəf alındığı bildirilib.
Həmçinin terrorçuların ələ keçirdiyi ağır texnikaları Türkiyəyə qarşı istifadə etməyi planlaşdırdığı da bəlli olub.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın