"Türkiyə yüksələn regional gücdür"-

"Türkiyə yüksələn regional gücdür"- ABŞ səfirindən etiraf

“15 iyul 2016-cı ildə FETÖ-nün hərbi çevrilişə cəhdi zamanı ABŞ Ərdoğan hökuməti və Türkiyəyə dəstək məsələsində gecikdi”.

Bu açıqlamanı Türkiyədə missiyası başa çatan ABŞ-ın Ankaradakı səfiri Cef Fleyk deyib.

Onun sözlərinə görə, həmin hadisələr zamanı sabiq prezident Barak Obamanın Ərdoğan əvəzinə Rusiya Prezidenti Vladimir Putinə zəngi yanlış addım idi:

“Biz Türkiyəyə dəstəkdə gecikdik. Bu, bir sıra narahatlıqlara səbəb oldu”.

ABŞ-ın Türkiyə qarşısında borcu olmasına eyham vuran səfir, Vaşinqtonun bunu Qərblə Rusiya arasında böyük sövdələşmə zamanı qaytardığını deyib. O, məhbus mübadiləsindən sonra Baydenin Ərdoğana zəng edib təşəkkür etdiyini, bununla Ağ Evin zamanında buraxdığı səhvi bir qədər düzəltdiyini bildirib:

“Sülh olanda Türkiyə vacib coğrafi mövqe tutur, qarışıqlıq zamanı isə daha əhəmiyyətli ölkəyə çevrilir. Bu ölkə NATO üçün əvəzolunmaz müttəfiqdir və təəssüf ki, biz heç də həmişə ona müttəfiq kimi yanaşmamışıq. Fakt odur ki, Türkiyə yüksələn regional gücdür. Biz hər şeyi etməliyik ki, onlarla yaxşı əlaqələri saxlayaq”./Qlobalinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi