
Türkiyədən Pakistana böyük yardım – 6 silah dolusu təyyarə göndərdi
Son günlər Pakistan və Hindistan arasında artan gərginlik fonunda Türkiyə ordusuna məxsus 6 nəqliyyat təyyarəsinin Pakistana döyüş sursatarı apardığı bildirilir.
Bu barədə Türkiyənin “Türkiye Gazetesi” məlumat yayıb.
Bildirilib ki, hərbi yardım arasında PUA-larla yanaşı, silah və raketlər də var.
Qeyd edək ki, Hindistan və Pakistan arasında yaşanan son gərginlik 22 aprel tarixində Hindistanın Cammu və Kəşmir bölgəsində yerləşən Pahalgam şəhərində baş vermiş terror hücumu ilə başlayıb. Hücum nəticəsində 25 hindistanlı və 1 Nepal vətəndaşı həlak olub, 17 nəfər isə yaralanıb. Hindistan bu hücumun arxasında Pakistanın dayandığını iddia etsə də, Pakistan bu ittihamları rədd edir.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın