Türkiyəli tarixçi:"Tam dəqiqdir ki, Laçın və Kəlbəcərdə PKK düşərgələri var"

Türkiyəli tarixçi:"Tam dəqiqdir ki, Laçın və Kəlbəcərdə PKK düşərgələri var" 

Türkiyənin Atatürk Universitetinin tarix üzrə elmlər namizədi Savaş Eyilmez Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində-Laçın və Kəlbəcərdə PKK düşərgələri qurduğunu deyib.

Professorun sözlərinə görə, Laçın və Kəlbəcərdə PKK düşərgələrinin olması “tam dəqiqdir”.

Eyilmez Ermənistandakı PKK düşərgələrindən çoxsaylı terrorçuların bu günlərdə Ağrı və Tokat üzərindən Türkiyəyə keçdiyi, Ağrı bölgəsindəki Tendürek dağında cəmləşdiyi haqda xəbərləri şərh edərkən belə deyib.

Savaş Eyilmez tesdiq edib ki, Ermənistandan keçən PKK-çıların Tendürek dağında cəmləşdiyi qeydə alınıb. Amma onların oradan Qara dəniz bölgəsinə sızmaq cəhdləri baş tutmayıb.

Türkiyəli tarixçi 2010-cu ildən etibarən PKK-nın Gürcüstanda da möhkəmlənməyə başladığını deyib. Onun dediyinə görə PKK Gürcüstanda fərqli metod tətbiq  edir. “Orada qeyri-hökumət təşkilatları, dərnəklər qurrurlar, maliyyə dəstəyini də Avropa İttifaqının maliyyələşdirdiyi fondlardan alırlar” – Eyilmez bildirib. (virtualaz.org)

Türkiyəli tarixçi:"Tam dəqiqdir ki, Laçın və Kəlbəcərdə PKK düşərgələri var"
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi