"Türkiyənin 30 şirkəti Qarabağa 1 mlrd dollarlıq investisiya yatıracaq" - Yakup Sefer
"Bu gün Türkiyənin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 30 şirkəti fəaliyyət göstərir".
Report.az xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığa həsr olunmuş Caspian Energy Forumun xüsusi sessiyasında çıxış edən Türkiyə Səfirliyinin baş ticarət müşaviri Yakup Sefer deyib.
Y.Sefer həmin şirkətlərin yatıracağı vəsaiti də açıqlayıb: "Ümumilikdə isə 1 milyard ABŞ dollarlıq investisiyadan danışırıq. Amma bu investisiyalar artacaq".
Onun sözlərinə görə, ölkələrimiz arasında turist axınları da artır: "Bu il Azərbaycandan Türkiyəyə 135 min, Türkiyədən Azərbaycana isə 125 min nəfər səfər edib".
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın