TÜRKİYƏNİN İLK MİLLİ DÖYÜŞ TƏYYARƏSİ TƏQDİM EDİLDİ - Adı açıqlandı + FOTOLAR/VİDEO
“Milli döyüş təyyarəmizin adı “Kaan”dır”
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramankazanlda milli döyüş təyarəsinin tanıdılması tədbirində çıxışı zamanı deyib.
“Xalqımıza, dövlətimizə xeyirli-uğurlu olmasını arzulayıram”, - o bildirib.
R.T.Ərdoğan Türkiyənin döyüş təyyarəsi istehsal etməsini tarixi gün kimi qiymətləndirib: “Bu gün müdafiə sənayesi sahəsində tarixi günlərimizi yaşayırıq. Son aylarda müdafiə sənayesi ilə bağlı ard-arda müjdələr veririk. Bunların da sırasında “TCG Anadolu” desant gəmisi, Hürjet", “Gökpey” təyyarəsi, “Yeni Altay” tankı, “İMECE” peyki var. Artıq həm havada, həm quruda, həm suda, həm də kosmosda sözümüzü deyə bilirik. Millətimizin xəyallarını bir-bir reallaşdırırıq”.
Ərdoğan qeyd edib ki, Tüerkiyən milli döyüş təyyarəsinin adını Dövlət Baxçalı qoyub.
Əroğanın çıxışında bildirib ki, şanlı müqaviməti ilə qəhrəman adını almış Kazanda bu proqram münasibəti ilə 15 iyul şəhidlərini bir daha rəhmətlə yad edir.
“İŞİD-dən PKK-ya qədər terror təşkilatlarının heç birinin nəfəs almasına imkan vermirik” - deyə, Ərdoğan milli döyüş təyarəsinin tanıdılması tədbirində çıxışı zamanı deyib.
O bildirib ki, terrorçularla əməkdaşlıq edənlər də var: “Mənim millətim belələrinə bu ölkəni təslim etməz”.
R.T.Ərdoğanın sözlərinə görə, “Kaan” təyyarəsi radarlara görünmədən uçur: “Bu təyyarə düşmənin mağaralarını darmadağın etməyə qadirdir. Bir neçə aydan sonra "Kaan" sınaq uçuşlarını tamamlayacaq və Türkiyə Silahlı Qüvvələrinə təhvil veriləcək".
Türkiyə lideri bildirib ki, "Hürjet" təyyarəsi dost və qardaş ölkələrə də ixrac ediləcək.
Türkiyə lideri daha sonra təyyarələrin pilotları ilə görüşüb.
Bu xəbər üçün şərh yazın