Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə verilir

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə verilir 

Türkiyənin ilk sualtı gəmisi olan "Piri Reis" bu gün istifadəyə veriləcək.

Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.

Digər tərəfdən, "Hızır Reis" sualtı qayığı bayraq qaldırma və naviqasiya təcrübələrinə, "Murat Reis sualtı qayığı isə hovuz avadanlığı fəaliyyətlərinə başlayacaq. FUEL 2-3-4 Yanacaq gəmiləri və dünyada öz sinfinin ən böyüyü olan 3 min tonluq sualtı hovuzu da istifadəyə buraxılacaq. 

Sualtı qayıqların uzunluğu 68,35 metr, xarici diametri 6,3 metr, yerdəyişmə qabiliyyəti 1850 ton və 40 nəfərlik heyətə malikdir.

Dünyada “Type-214” kimi tanınan və yanacaq hüceyrəsi texnologiyası sayəsində havadan müstəqil hərəkət etmə qabiliyyətinə malik sualtı qayıqlar Türk Dəniz Qüvvələri üçün ilkdir. Sualtı, yerüstü və quru hədəflərinə qarşı silahlarla təchiz edilən sualtı qayıqlar bir çox növ torpeda, raket və mina atmaq qabiliyyətinə malikdir.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi