Türkiyənin tələbini yerinə yetirin, yoxsa...

Türkiyənin tələbini yerinə yetirin, yoxsa... – NATO

Finlandiya və İsveç Türkiyənin tələblərini yerinə yetirməsə, NATO üzvlüyünə namizəd ola bilməyəcəklər.

Bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

“Müttəfiq problemi qaldıranda, siz onu həll etməlisiniz. Bu, həmişə belə olub”, - Stoltenberq bildirib.

Onun sözlərinə görə, Finlandiya və İsveçin qonaq qismində qatılacağı Madrid sammiti 28-30 iyun tarixlərində baş tutacaq.

NATO Baş katibi onu da qeyd edib ki, Finlandiya və İsveç iyunun 28-dək Türkiyənin tələblərinə cavab verməsə, namizəd ölkələr kimi mövqelərini möhkəmləndirmək onlar üçün çətin olacaq.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi