“Tutdurun hamımızı, daha bizi söyməsinlər” –

“Tutdurun hamımızı, daha bizi söyməsinlər” – Müəllimdən etiraf

Sosial şəbəkələrdə 9 fevral 2020-ci il tarixində Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri zamanı baş vermiş bir sıra neqativ halları əks etdirən video və foto görüntülər paylaşılır.

 Görüntülərdə sözügedən qanunsuzluqların baş verməsində bəzi dövlət müəssisələrinin işçilərinin, o cümlədən müəllimlərin də iştirak etdiyi əks olunur.

 Pravda.az-ın xəbərinə görə, 307 saylı məktəbin müəllimi Aynurə Abdullayeva sosial şəbəkələrdə müəllimlərə qarşı olan ağır ittihamlarla bağlı özünün “feysbuk”dakı hesabından nazirliyə müraciət ünvanlayıb.

 “Təhsil Nazirliyi, tutdurun hamımızı, daha bizi söyməsinlər, bəlkə bu xəcalətdən qurtaraq. Mövqe qoyun ortaya, müəllimlərin nüfuzunu xilas edin. Seçkilər məktəblərdə təşkil olunsa da, muəllimlər komissiya üzvləri olmasın.

 

Mən məktəbdə işə başlayandan az maaş səbəbilə ən az iki işlə məşğul olmuşam, dostlarım bilir. Hələ mənlə zarafat edirdilər ki, axşam filan yerdə gözətçi işi var, bəlkə sənə maraqlı olar.

 

Deməyim odur ki, nə iş görsəm də, ozümü müəllim olaraq təqdim etmişəm. İndi utanıram, həm də çox utanıram. Əminəm ki, mənim vəziyyətimdə olan çox müəllim var. Bizi seçki tamaşasına qatmağa icazə verməyin, özümüz yox deyə bilmirik. Çünki əziyik, mütiyik, hüquq və vəzifələrimizi hələ anlamamışıq.

 

Bu ölkədə müəllimdən tələb olunan loyallıq, məsuliyyət, hesabatlılıq məmur və deputatlardan tələb olunsaydı indi normal şərtlərlə həyatımıza davam edirdik.

 

Müəllimin nüfuzu Təhsil Nazirliyinin nüfuzudur. Bu işlər sosial çarx çəkməklə, ixtisası seçənlərə təqaüd verməklə olmur. Müəllimi seçkidən uzaq tutun”,- deyə A.Abdullayeva bildirib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi