Ucarda sağalmaz serebral iflic xəstəsinə əlillik vermirlər-

Ucarda sağalmaz serebral iflic xəstəsinə əlillik vermirlər- Prezidentə müraciət olundu

Ucar rayonu Yuxarı Çiyni kənd sakini Ələkbərova Aynur Üzeyr qızı Əmək Əhalinin Sosial Müdafiə nazirliyinin tabeçiliyində olan əlilliyin müəyyən edilməsi ilə bağlı olan Tibbi Sosial Ekspertiza Komissiyasından şikayətçidir.

O,övladı 2011-ci il təvəllüdlü Ələkbərov Anar Yaşar oğlunun anadan gəlmə serebral iflic olduğunu bildirir.Faktinfo.az saytına göndərilən məlumatda qeyd edilir ki,serebral iflicə görə oğluna təyin edilmiş əlilliyin müddəti bitib və xəstəlik sənədlərini Tibbi Sosial Ekspertiza Komissiyasına göndərdikdən sonra imtina cavabı gəlib.

Şikayətçi: "Hansı ki, övladım Anar heç vaxt sağalan deyil.Onun 12 yaşı olsa da danışa bilmir,əqli cəhətdən inkişafdan geri qalmış,ağır xəstədir.Onun paltarını mən geyindirirəm,mən yuyundurub yeməyini özüm yedizdirirəm.Xəstə övladıma əlillik təyin edilmədiyi üçün dolanışığımız çox ağırlaşıb.Ağır xəstəyə baxdığım üçün işləyə belə bilmirəm".

Ucar rayonu Yuxarı Çiyni kənd sakini Ələkbərova Aynur Üzeyr qızı mətbuat vasitəsi ilə Prezident İlham Əliyev cənabına,Mehriban xanım Əliyevaya müraciət edərək xahiş edir ki, sağalmaz xəstə olan 12 yaşlı oğlu Anara əlillik dərəcəsi verilməsi üçün köməklik göstərsinlər.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər