Udulu sakinləri Rafael Hüseynovla görüşdə onları düşündürən vacib mövzular ətrafında müzakirələr aparıblar - FOTOLAR
Hacıqabulun mərkəzindən 50 kilometrədək məsafədə yerləşən bu kəndlər yalnız bölgənin deyil, bütün Azərbaycanın ən əski tarixli məskənlərindəndir.
Azərbaycan Milli Məclisinə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərdə 63 saylı Hacıqabul-Kürdəmir seçki dairəsindən deputatlığa namizəd, akademik Rafael Hüseynovun avqustun 23-də Udulu, İkinci Udulu, Qubalı, Tağılı kəndlərinin sakinləri ilə görüşündə hər dəfə olduğu kimi söhbət ən müxtəlif istiqamətlərə yönəlsə də, yenə gəlib buraların tarixindən keçdi. Əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq olan bu yerlərin camaatının bir çox sosial və iqtisadi problemlərinin həlli istiqamətində son illərdə dövlətin mütəmadi qayğısı sayəsində xeyli nəzərəçarpacaq işlər görülmüşdür.
Çıxış edən sakinlər bunları minnətdarlıq duyğusu ilə qeyd etdikdən sonra deputat Rafael Hüseynovun Udulu kənd məktəbinin inşası ilə bağlı göstərdiyi səyləri, sonralar həmin məktəb üçün əlavə korpusun inşasındakı köməklərini də razılıq hissi ilə yada saldılar.
Görüşdə içtirak edən yerli ziyalılardan bir qismi görkəmli elm adamı, milli tariximiz və mədəniyyətimizin bilicisi olan Rafael Rafael Hüseynova belə bir sualla müraciət etdilər ki, həmişə “Udulu” deyilmiş kəndin adının indi yol göstəricilərində, rəsmi möhürlərdə və bir çox sənədlərdə “Udullu” kimi yazılması nə dərəcədə düzgündür? Akademik Rafael Hüseynov bunun doğru olmadığını və tarixi həqiqəti təhrif etdiyini bildirərək mütləq islah ediləməli olduğunu söylədi.
Akademik dedi ki, “Qədim türk sözləri” kitabında “Ud” sözü “inək” mənasında işlənir. Dolanışıqları maldarlıqla bağlı olan Şirvan əhalisinin bu sahə ilə bağlı kəlmələri toponimlərə çevirməsi təbii idi. “Udulu” sözünün mənası inəkli, yəni mal-qarası bol olan yer deməkdir. Elə eyni şəkildə buralardan çox da uzaqda yerləşməyən, bənzər həyat tərzinə malik olan Kürdəmir rayonundakı “Sığırlı” kəndi adlanıb və “Udulu” ilə “Sığırlı” əslində sinonim sözlərdir. Kəndin adını “Udullu” yazanlar on görə səhv edirlər ki, sözün kökü “Udul” yox, məhz “ud”dur. Ona görə də ləngimədən yanlış “Udullu” yazılışı aradan götürlməlidir.
Udulu camaatı və ətraf kəndlərin Rafael Hüseynovla görüşdə içtirak edən sakinləri dövlətin və millətin həyatında mühüm əhəmiyyət kəsb edən Milli Məclis seçkilərinin uğurla keçəcəyinə ümidvar olduqlarını bildirərək həmişə olduğu kimi bu dəfə də fəallıq gpstərəcəklərini söyləyiblər.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın