
Ukrayana ordusu Kurskda Rusiya qoşunlarının müdafiə xəttini yardı - Hücum davam edir
Ukrayna ordusu Kursk vilayətində yeni hücuma başlayıb.
Amerikanın Müharibənin Tədqiqi İnstitutunun məlumatına görə, Ukrayna qoşunları Sudjanın cənub-şərqində Rusiya cəbhə xəttini yararaq 5 kilometr irəliləyib.
Yayımlanan kadrlara əsasən, Ukrayna qoşunları Sudja-Oboyan magistral yolu ilə irəliləyir və artıq Çerkasskaya Konopelka və Ulankaya gedən yolda bir neçə yaşayış məntəqəsini işğal ediblər.
Ukrayna hakimiyyəti mövcud vəziyyəti şərh etməyib, Moskva isə iki mexanikləşdirilmiş zirehli texnika batalyonunun iştirak etdiyi hücumların uğurla dəf edildiyini bildirir./AzPolitika.info
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın