Ukrayna Belqorod şəhərini kasetli mərmiləri olan raketlərlə vurub - Rusiya MN
Ukrayna Rusiyanın Belqorod şəhərini kasetli bombalarla vurub.
APA.az-ın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ukrayna Silahlı Qüvvələri kasetli mərmiləri olan "Olxo" və "Vampir" raketləri ilə Belqoroda zərbə endirib.
Rusiya tərəfi Ukrayna tərəfinin Belqoroda endirdiyi zərbə nəticəsində ikisi uşaq olmaqla 14 nəfərin öldüyünü, 108 nəfərin yaralandığını açıqlayıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın