“Ukrayna cavab zərbəsi hazırlayır” - Ömərov
Ukrayna dinc insanların həlak olduğu və yaralandığı bugünkü Rusiya hücumuna cavab hazırlayır.
Ukrayna Müdafiə naziri Rustam Ömərov belə bir bəyanatla çıxış edib.
Nazir qeyd edib ki, bu hücum bir daha Ukraynanın uzaqmənzilli silahlara ehtiyacının olduğunu və Ukrayna ordusunun Rusiyanın dərinliyinə zərbə vurması ilə bağlı məhdudiyyətlərin götürülməsinin vacibliyini sübut etdi: “Ukrayna öz istehsalı olan silahla cavab zərbəsi hazırlayır”./Azpolitika.info
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın