Ukrayna daha iki Rusiya təyyarəsini vurdu

Ukrayna daha iki Rusiya təyyarəsini vurdu 

Son 24 saat ərzində Ukrayna Silahlı Qüvvələrinin aviasiyası Rusiya qoşunlarının şəxsi heyətinin, silah-sursatının və hərbi texnikasının cəmləşdiyi 12 əraziyə, sursat anbarına və işğalçıların zenit-raket kompleksinə zərbələr endirib.

AzPolitika.info xəbər verir ki, Ukrayna ordusu Baş Qərargahının son açıqlamasında belə deyilir. Hesabatda xüsusi vurğulanır ki, Rusiyanın daha iki qırıcı-bombardmançı təyyarəsi - “SU-34” və “SU-30” hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib. Raket qoşunları isə 2 artilleriya qurğusunu və düşmənin komanda məntəqəsini vurublar.

Məlum olub ki, “SU-34” Mariupol istiqamətində məhv edilib. Bunu Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşşuk öz sosial şəbəkə səhifəsində paylaşıb. “SU-30” isə Qara dəniz üzərində vurulub.

Eyni zamanda, hava hücumundan müdafiə qüvvələri son 24 saat ərzində düşmənin Ukraynaya hücum etdiyi “Şahed-136/131” tipli 31 PUA-sından 29-nu məhv edib. Hava zərbələri nəticəsində Xarkov, Luqansk və Donetsk vilayətlərində 17 yaşayış məntəqəsi zərər görüb. Çerniqov, Sumı, Xarkov, Luqansk, Donetsk, Zaporojye, Xerson və Nikolayev vilayətlərinin 100-ə yaxın yaşayış məntəqəsi artilleriya atəşinə məruz qalıb.

Xatırladaq ki, iki gün öncə Ukrayna Silahlı Qüvvələri eyni anda Rusiyanın üç “SU-34” təyyarəsini vurmuşdu. Onların Ukraynaya bir neçə gün əvvəl Almaniya tərəfindən verilmiş yeni “Patriot” sistemi ilə vurulduğu bildirilir. Ukrayna hərbçilərinin rəsmi açqlamalarına Rusiya tərəfi heç bir münasibət bildirməyib – itkiləri nə təsdiq, nə də təkzib edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər