"Ukrayna əsgərləri Kursk sakinlərilə yaxşı rəftar edir" – Rusiya Ombudsmanından gözlənilməz açıqlama
Rusiya Ombudsmanı Tatyana Moskalkova gözlənilmədən Rusiyada son on ilin anti-Ukrayna təbliğatına sığmayan açıqlamalar verib.
Rusiya Dövlət Dumasında keçirilən “dəyirmi masa”da o, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətindəki bölmələrinin yerli sakinlərlə yaxşı rəftar etdiyini təsdiqləyib.
Moskalkova Kurskdan Ukraynanın Sumı vilayətinə təxliyə edilən və sonradan Belarus ərazisindən keçərək Rusiya Federasiyasına qaytarılan Kursk vilayətinin sakinləri ilə söhbət etdiyini deyib: "Ukraynalı hərbçilər tərəfindən Sumıya aparılan və Sumıdan Belarus vasitəsilə Rusiyaya qaytarılan Kursk sakinləri müxtəlif hekayələr danışdılar. Ukrayna hərbçilərinin onlara necə yemək gətirdiklərini və əllərində olanları necə bölüşdüklərini dedilər".
Beləliklə, o, rus təbliğatçılarının ukraynalı əsgərlərin Kursk vilayətinin sakinlərinə guya pis münasibət göstərməsi ilə bağlı iddialarını təkzib edib. Əslində bu, Putinin qanunlarına görə, “Rusiya ordusunu gözdən salmaq” kimi də qiymətləndirilə bilər./Azpolitika.info
Bu xəbər üçün şərh yazın