Ukrayna “Flamingo” raketləri ilə “İsgəndər” raketlərinin gizli gücünü vurdu - Zavod külə döndü

Ukrayna “Flamingo” raketləri ilə “İsgəndər” raketlərinin gizli gücünü vurdu - Zavod külə döndü 

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Oryol şəhərinə endirdiyi raket zərbəsi nəticəsində ölkənin hərbi sənayesi üçün strateji əhəmiyyət daşıyan “Proton” zavodu vurulub.

Musavat.com xəbər verir ki, hadisə bu gün, oktyabrın 23-də baş verib. Şəhərdə azı dörd partlayış eşidilib, müəssisənin yerləşdiyi ərazidən qatı qara tüstü yüksəlib.

“Proton” Rusiyanın aparıcı optoelektronika istehsalçılarındandır. Zavod “İsgəndər-M” ballistik raketləri, “Pantsir-S1” hava hücumundan müdafiə kompleksləri, tanklar və S-71 “Kover” qanadlı raketləri üçün elektron komponentlər istehsal edir.

Maraqlıdır ki, müəssisə kristalların yetişdirilməsindən hazır elektron qurğuların hazırlanmasına qədər tam istehsal dövrünə malikdir. Onun məhsulları nüvə silahları ilə əlaqəli sistemlərdə də istifadə olunur. Zavod ABŞ, Avropa İttifaqı və Böyük Britaniyanın sanksiya siyahısındadır.

Oryol vilayətinin qubernatoru Andrey Klıçkov raket hücumunu, müəssisəyə ziyan dəydiyini və xəsarət alanların olduğunu təsdiqləyib.

Hücumda Ukraynanın “Flamingo” raketlərindən istifadə edildiyi bildirilir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər
⇪