Ukrayna iki “Patriot” itirib - Deputat açıqladı

Ukrayna iki “Patriot” itirib - Deputat açıqladı 

Ukrayna parlamentinin deputatı Maryana Bezuqlaya ölkənin hərbi rəhbərliyini kəskin tənqid edib.

Öz sosial şəbəkə səhifəsində paylaşım edən deputat Hərbi Hava Qüvvələri Komandanlığını və Ukraynanın hava hücumundan müdafiəsinə cavabdeh olan strukturları hədəfə alıb.

Bezuqlayanın sözlərinə görə, Ukraynanın daha bir “Patriot” alması ilə bağlı xəbərlərin fonunda Mirqoroda növbəti zərbələr endirilməsi barədə xəbərlər “kölgədə qalıb”. Hansı ki, bu, Ukrayna HHM qüvvələrinin acizliyinin nəticəsidir. 

Onun fikrincə, Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı Ukrayna aerodromlarına hücumlardan sonra heç bir nəticə çıxarmayıb: “Ukrayna Silahlı Qüvvələrinin idarə olunması ilə bağlı vəziyyət faciəlidir. Çünki həm Ukraynanın, həm də tərəfdaş dövlətlərin prezidentləri, diplomatları, siyasətçiləri, ictimai xadimləri Rusiyanın sistemli müqavimətinə baxmayaraq, Ukraynanın hava məkanının qorunması ilə bağlı razılığa gəlməyə çalışırlar. Bu zaman bizim generallarımız Ukraynanın müdafiə sistemlərini və təyyarələrimizi məhv edirlər...”.

Bezuqlaya Rusiyanın zərbələri nəticəsində Ukraynanın iki “Patriot”unu itirdiyini təsdiqləyib və bunun necə baş verdiyini açıqlayıb: “İlk “Patriot”, hər bir hərbi dərslikdə təsvir olunsa da, heç yerindən belə tərpədilmədiyi üçün məhv edildi (Tez-tez yeri dəyişdirilməli idi-red.).

Bundan sonra ikinci “Patriot” məhv edildi, çünki o da nadir hallarda digər yerlərə köçürülürdü. Yerli əhali belə onun harada olduğunu bilirdi və buna baxmayaraq, heç bir tədbir görülmədi”.

Deputat həmçinin, HHM qoşunlarında korrupsiyanın mövcud olduğunu deyib./Azpolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi