
Ukrayna Kurskda hücuma keçdi: Şiddətli döyüşlər gedir
Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində yeni hücuma başlayıb.
Bu barədə "Z əməliyyatı: Rus baharının müharibə müxbirləri" (RV) Teleqram kanalı məlumat yayıb.
Hərbi müxbirlərin məlumatına görə, Ukrayna Silahlı Qüvvələri fevralın 6-da səhər saatlarında hücum əməliyyatlarına başlayıb. Ukrayna əsgərləri Plexovo qəsəbəsinə çatmağa çalışırlar.
Jurnalistlər yazır ki, Ukrayna Silahlı Qüvvələri zirehli texnikanı önə çıxarıblar. Onların qarşısında isə mina təmizləyən maşınlar var.
Hazırda şiddətli döyüşlərin getdiyi bildirilir, itkilər barədə məlumat verilmir./ Publika.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın