Ukrayna Niderlanddan da F-16 aldı

Ukrayna Niderlanddan da F-16 aldı 

Ukrayna Niderland Krallığından F-16 qırıcıları alıb.

Bu barədə Ukraynanın müdafiə naziri Rüstəm Umerov deyib.

"Ukrayna səması getdikcə daha çox qorunur. Ukrayna Hərbi Hava Qüvvələri çoxdan gözlənilən F-16-nı alıb", - o bildirib.

Umerov qeyd edib ki, bu müasir qırıcılar artıq Ukraynadadır və tezliklə döyüş tapşırıqlarını yerinə yetirməyə, müdafiəni gücləndirməyə və Rusiya təcavüzünə effektiv müqavimət göstərmək qabiliyyətinə başlayacaq.

Qeyd edək ki, bundan öncə Ukraynanın Fransadan ilk “Miraj” qırıcılarını alması barədə məlumat yayılıb./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi