UKRAYNA ORDUSU ƏKS-HÜCUMLA BU ŞƏHƏRİ GERİ ALDI ... - Rusiyanın onlarla hərbçisi məhv edildi + FOTOLAR (Yenilənib)

UKRAYNA ORDUSU ƏKS-HÜCUMLA BU ŞƏHƏRİ GERİ ALDI ... - Rusiyanın onlarla hərbçisi məhv edildi + FOTOLAR (Yenilənib) 

Ukrayna Silahlı Qüvvələri Qostomel şəhərini (Kiyev vilayəti) Rusiya hərbçilərindən geri alıb.

Report.az-ın məlumatına görə, bu barədə “RBK-Ukrayna” Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə istinadən xəbər verir.

Qeyd edilir ki, döyüşlər zamanı Rusiyanın onlarla hərbçisi öldürülüb.

Məlumata görə, Qostomel uğrunda iki gün davam edən döyüşlər zamanı Ulyanovskdan (Rusiya) 31-ci xüsusi mühafizəçilər briqadasının 50-dən çox hərbçisi həlak olub. Bundan əlavə, Ukrayna hərbçiləri çoxsaylı hərbi qənimətlər, o cümlədən silah, texnika və qarşı tərəfin şəxsi sənədlərini ələ keçirib.

"Qostomel şəhəri Ukrayna qoşunlarının nəzarəti altındadır", - Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi əlavə edib.

Ukrayna Müdafiə Nazirliyi (MN)  də müharibənin onuncu günü ilə bağlı operativ məlumat yayıb.

Məlumatda qızğın döyüşlərin getdiyi bildirilib: “Təkcə hərbçilərimiz deyil, silahlı mülki sakinlər də qarşı tərəflə döyüşür, onları itkiyə məruz qoyurlar”.

Qeyd edilib ki, qarşı tərəf mülki obyektləri, o cümlədən yaşayış binalarnı, xəstəxanaları, bağçaları hədəf alır.

“Ukrayna Silahlı Qüvvələri bütün istiqamətlərdə sərhədləri qoruyub saxlamaqda davam edir. Hələlik bəzi uğurları deyə bilmirik”, - məlumatda qeyd edilib.







Birinci məlumatlanmaq üçün facebook səhifəmizi