"Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib" -

"Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib" - Sırski

Ukrayna Silahlı Qüvvələri bu gün Rusiya Federasiyasının Kursk vilayətində daha 1-3 kilometr irəliləyib.

Report.az RBC-Ukraynaya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski prezident Vladimir Zelenskiyə məlumat yayıb.

Onun sözlərinə görə, döyüşlər davam edir.

“Biz bəzi istiqamətlərdə 1-3 kilometr məsafədə irəliləyirik, həmçinin bütün cəbhə xətti boyunca döyüşlər davam edir, ümumilikdə vəziyyət nəzarət altındadır”, - Sirski bildirib.

O, həmçinin qeyd edib ki, general-mayor Eduard Moskalev artıq Kursk vilayətinin komendantı vəzifəsinin icrasına başlayıb.

"İndi Malaya Loknya bölgəsində döyüşlər gedir, ümid edirəm ki, orada çoxlu əsir götürüləcək", - Sirski əlavə edib.

Qeyd edək ki, artıq 11 gündür Rusiyanın Kursk vilayətində döyüşlər gedir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər