Ukrayna raket istehsalını kəskin artırıb - Ölkə silah istehsalını 35 milyard dollara çatdırır

Ukrayna raket istehsalını kəskin artırıb - Ölkə silah istehsalını 35 milyard dollara çatdırır 

Ukrayna Strateji Sənaye Nazirliyi 2024-cü ildə qanadlı raketlərin istehsalını əvvəlki ilə nisbətən 8 dəfə artırıb.

Azpolitika.info xəbər verir ki, bu barədə Ukrayna Strateji sənaye naziri German Smetanin məlumat verib.

Smetanin qeyd edib ki, yeni layihələrin işlənməsi il ərzində raket istehsalının həcmini artırmağa imkan verib: “Əgər 2023-cü ildə ölkə olaraq biz yalnız bir qanadlı raket istehsal edə bilirdiksə və bu, “Neptun” idisə, 2024-cü ildə istehsal həcminin 8 dəfə artmasını təmin edən bir çox digər yeni layihələrimiz oldu”.

Bundan əlavə, 2024-cü ildə uzaq mənzilli PUA istehsalı 2023-cü illə müqayisədə 2 dəfədən çox, 2022-ci ilə nisbətən isə 22 dəfə artıb. 2024-cü ilin sonuna Ukrayna 324 yeni silah növü hazırlayıb.

Smetanin həmçinin, 2025-ci ilin sonuna qədər Ukraynanın 35 milyard dollar dəyərində hərbi texnika istehsal edə biləcəyini vurğulayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi