Ukrayna Rusiya hərbi təyyarəsini məhv etdi
Rusiyaya məxsus hərbi təyyarə Sevastopol yaxınlığında dənizə düşüb.
Bu barədə şəhərin qubernatoru Mixail Razvojayev deyib.
"Hərbi təyyarə dənizə düşdü. Görürəm, Ukrayna mediası müxtəlif məlumatlar yayır. Mülki infrastruktura zərər dəyməyib”, - deyə o bildirib.
Qubernatorun sözlərinə görə, pilot katapult edib.
Ukrayna mediasında isə yayılan məlumata görə, təyyarə Ukrayna Silahlı Qüvvələri tərəfindən məhv edilib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın