"Ukrayna Rusiyanın 1000 km² ərazisinə nəzarət edir" – Sırski
"Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində əməliyyatı davam edir. Hazırda Ukrayna Rusiya Federasiyasının təxminən 1000 kvadrat kilometr ərazisinə nəzarət edir".
Yeniavaz.com UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski Baş Qərargahın iclasında bildirib.
Ukrayna Prezidenti Vladimir Zelenski isə qeyd edib ki, onlar bütün əsgərlərə və komandirlərə göstərdikləri mətanətə və qətiyyətli hərəkətlərinə görə minnətdardılar.
Eyni zamanda o, əlavə edib ki, daxili işlər nazirinə, digər rəsmi şəxslərə və SBU-ya əməliyyatın keçiriləcəyi ərazi üçün humanitar plan hazırlamaq tapşırılıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın