Ukrayna Rusiyanın böyük raket anbarını vurdu –

Ukrayna Rusiyanın böyük raket anbarını vurdu – Əhali təxliyə edilir

12 fevral gecəsi Ukrayna ordusu Rusiyanın Volqoqrad vilayətinin Kotluban kəndi yaxınlığında yerləşən Rusiya Ordusunun Baş Raket və Artilleriya İdarəsinə məxsus böyük raket anbarına zərbə endirib.

Nəticədə böyük yanğın baş verib.

Rusiya kanallarında yayımlanan bu məlumatı Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov da təsdiqləyib. Qubernator bəyan edib ki, "yanğın söndürmə zamanı mülki əhalinin partlayış təhlükəsindən qorunmasını təmin etmək üçün Kotluban kəndinin sakinlərinin təxliyəsi elan edilib və hazırda proses davam edir".

"Qalıqların düşməsi nəticəsində Kotluban kəndi yaxınlığında Müdafiə Nazirliyinin bir obyektinin ərazisində yanğın baş verib. Vilayətin yanğınsöndürmə xidmətləri, Fövqəladə Hallar Nazirliyi və Müdafiə Nazirliyinin əməkdaşları yanğının söndürülməsində iştirak edir", - deyə vilayət qubernatoru yazıb. O, hücum nəticəsində heç bir insan itkisinin olmadığını iddia edib.

Monitorinq kanallarına görə, Ukrayna tərəfindən Rusiya raket və artilleriya silahlarının saxlanması və modernləşdirilməsi üçün istifadə edilən arsenala zərbə endirilib. Yerli sakinlər sosial mediada hərbi obyektin ərazisində partlayışlar və böyük yanğın baş verdiyini bildiriblər.

Bundan öncə, 2024-cü ilin sentyabr ayında Ukrayna qüvvələri Kotlubandakı GRAU anbarına hücum etmişdi. Həmin vaxt Ukrayna PUA-larının hücumu yanğına səbəb olmuşdu, lakin yanğın sursat anbarına yayılmamışdı. Bu dəfə isə zərbənin daha güclü olduğu bildirilir./Azpolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi