Ukrayna Rusiyanın daha 9 tankerini vurdu

Ukrayna Rusiyanın daha 9 tankerini vurdu 

Ukrayna ordusu iyulun 8-nə keçən gecə Azov dənizində Rusiyanın "kölgə donanması"na məxsus daha 9 tankerə zərbələr endirib.

APA.az xəbər verir ki, bu barədə Ukrayna Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi Teleqram kanalında məlumat paylaşıb.

Qurumun yaydığı məlumata görə, son 72 saat ərzində ümumilikdə 21 gəmi hədəfə alınıb. Bunlardan 19-u "kölgə donanması"na aid tanker, biri quru yük gəmisi, digəri isə Kerçdə yerləşən bərə olub.

Məlumatda bildirilir ki, gecə ərzində Krımda və Rusiyanın işğalı altında olan cənub ərazilərində ümumilikdə 53 hərbi obyekt vurulub.

Bundan başqa, "Krımın enerji açarı söndürülür" əməliyyatı çərçivəsində daha 6 elektrik yarımstansiyasına zərbələr endirildiyi, iyulun 1-dən 8-dək isə ümumilikdə 50 enerji qovşağının hədəfə alındığı qeyd olunub.

Xatırladaq ki, Ukrayna ötən gün Rusiyanın 8 tankerini vurub.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi