Ukrayna "Şahid" PUA-larının məntəqəsini məhv etdi

Ukrayna "Şahid" PUA-larının məntəqəsini məhv etdi 

Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Rusiya tərəfindən işğal olunmuş hissəsində, Donetsk hava limanı ərazisində "Şahid" PUA-larının hazırlıq və buraxılış məntəqəsini məhv edib.


Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı sosial şəbəkələrdə məlumat yayıb.Bildirilib ki, obyektə ATACMS və SCALP raketləri ilə zərbə endirilib."Hücumdan sonra güclü yanğın və təkrar partlayış qeydə alınıb", - məlumatda qeyd edilib./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi