Ukraynada 3 deputatın mandatına xitam verilib
Ukrayna Ali Radası üç xalq deputatının səlahiyyətlərinə vaxtından əvvəl xitam verib: Maksim Yefimov, Dmitri Şpenov və Vitali Danilov.
AzPolitika.info Ukrayna mediasına istinadla xəbər verir ki, bu barədə Ukraynanın xalq deputatı Yaroslav Jeleznyak «Telegram»da bildirib. Yefimov və Şpenovun yerləri müharibənin sonlarına qədər boş qalacaq. «Batkivşina»dan seçilmiş Danilovun yerinə isə siyahıda olan başqa biri gələcək. Noyabrın 25-də Ukraynanın “Batkivşina”dan olan xalq deputatı Vitali Danilov fraksiyadan çıxmaq və deputatlıqdan getmək barədə bəyanat yayıb.
Dekabrın 1-də məlum olub ki, “Ukrayna baxışı” parlament qrupunun həmsədri Maksim Yefimov xalq deputatı postundan istefa vermək qərarına gəlib.
Dekabrın 4-də fraksiya olmayan xalq deputatı Dmitri Şpenov Ali Radaya səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi üçün ərizə təqdim edib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın