
Ukraynada PUA istehsalı 10 dəfə artırılıb
"Ukrainskaya pravda" xəbər verir ki, Ukrayna PUA istehsalını onqat artırıb.
Ukraynanın Baş naziri Denis Şmıqal 2025-ci ilin yanvar ayında ötəl ilin eyni dövrü ilə müqayisədə ölkədə dron istehsalının 10 dəfə artdığını bəyan edib.Hökümət baçısı 2023, 2024-cü illər ərzində Ukraynada artilleriyanın 3, zirehli nəqliyyatın 5, tankəleyhinə silahın 2 dəfə artıq istehsal edildiyini söyləyib. Şmıqal deyib:"Hazırda ehtiyacımız olan silahın təqribən üçdə birini özümüz istehsal edirik.Hökumətin qarşısında duran məsələ bu rəqəmi 50 faizə çatdırmaqdır.
Bu hədəfə çatmaq üçün bu il rekord məbləğdə büdcə ayrılıb"./Hurriyyet.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın