Ukraynadan daha bir PUA hücumu - Neft emalı zavodu və yanacaq anbarı yanır

Ukraynadan daha bir PUA hücumu - Neft emalı zavodu və yanacaq anbarı yanır + VIDEO

Ukrayna Rusiyanın neft emalı müəssisələrinə və yanacaq anbarlarına PUA hücumlarını davam etdirir.

AzPolitika.info xəbər verir ki, bu gecə də Rusiya Federasiyasındakı neft obyektləri hücuma məruz qalıb.

Belə ki, Lipetsk şəhəri ərazisinə PUA düşüb, hücum nəticəsində Smolensk vilayətində neft bazası, Voronejdə isə neft emalı zavodu yanır.

Lipetsk vilayətinin qubernatoru İqor Artamonov sosial şəbəkədə yazır ki, PUA Lipetsk şəhərinin sənaye zonasına düşüb, lakin itki yoxdur. Hadisə yerinə təcili yardım xidmətləri gəlib.

Eyni zamanda, Smolensk vilayətinin qubernatoru Vasili Anoxin bölgədəki neft bazasına hücum edildiyini deyib. Bu səbəbdən də vilayətin iki rayonunda yanacaq-energetika obyektlərində yanğın baş verib: “Düşmənin mülki yanacaq-energetika obyektlərinə hücumu nəticəsində Smolensk və Yartsevo rayonlarında yanğınlar baş verib”.

Voronej vilayətinin qubernatoru Aleksandr Qusev isə 4 PUA-nın vurulduğunu bildirib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi