Ukraynadan Rusiyaya ŞOK ZƏRBƏ: məhv edilən anbarda 2-3 aylıq raket ehtiyatları var imiş

Ukraynadan Rusiyaya ŞOK ZƏRBƏ: məhv edilən anbarda 2-3 aylıq raket ehtiyatları var imiş 

Tver vilayətindəki anbarlarda Rusiya ordusunun təxminən üç aylıq sursat ehtiyatı məhv edilib.

Musavat.com xəbər verir ki, bunu The New York Times-a ekspertlər deyib.

Onlar hesab edirlər ki, bu, cəbhədə öz təsirini göstərəcək.

Ekspertlər qeyd edirlər ki, Rusiyada iri silah-sursat anbarlarının məhv edilməsi Ukrayna üçün əsas əhəmiyyət kəsb edir, çünki işğalçılar atəş gücündə əhəmiyyətli üstünlüyə malikdirlər:

"Rusiya ordusunu məğlub etməyin yeganə yolu onun maddi-texniki bazasını məhv etməkdir. Bu, müharibənin ən mühüm komponentinin məhv edilməsidir. Sursatsız tanklar və silahlar atəş açmayacaq və sadəcə olaraq təsirsiz olacaq", - deyə Ukrayna Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin qeyri-hökumət tədqiqat qrupunun rəhbəri Sergey Kuzan bildirib.

Ukrayna bu həftə ilk güclü zərbəni çərşənbə günü - Tver vilayətinin Toropets şəhəri yaxınlığındakı arsenala vurub. Estoniya hərbi kəşfiyyat mərkəzinin rəhbəri polkovnik Ants Kiviselq hesab edir ki, bu hücum nəticəsində təxminən 750 min mərmiyə bərabər olan 30 min ton mərmi məhv edilə bilərdi:

"Bu, iki-üç aylıq sursat ehtiyatıdır. Rusiya bu hücum nəticəsində sursat itkisinə məruz qalıb və biz bu itkilərin cəbhəyə təsirini yaxın həftələrdə görəcəyik".

Sentyabrın 21-nə keçən gecə yeni hücumdan Rusiya itkilərinin miqyası hələ də məlum deyil. Məsələn, məlumdur ki, bu gün partladılan Krasnodar diyarındakı Tixoretsk arsenalında, çox güman ki, Şimali Koreyadan olan mərmilər saxlanılır.
Təhlilçilər Tixoretski anbarının rus qoşunlarının təchizatında mühüm həlqə olduğunu deyirlər. O, Donbassdakı döyüş zonasından və Krımdan təxminən eyni məsafədə yerləşir və oradan cənub cəbhəsinə sursat verilir.

Ukraynanın anbarlara zərbəni hansı növ silahla endirdiyi də aydın deyil. Kral Birləşmiş Xidmətlər İnstitutunun aviasiya və texnologiya üzrə baş elmi işçisi Castin Bronk bildirib ki, sursatlar açıq havada saxlanılarsa, aşağı güclü pilotsuz uçan aparatı kifayət edəcək.

Amma yuxarıda adı çəkilən Sergey Kuzan qeyd edib ki, sursat anbarları torpaq qalalar və yeraltı beton sığınacaqlarla qorunurdu, bu da onların dronlarla hücumunu çətinləşdirirdi.

O, Qərb müttəfiqləri tərəfindən Ukraynaya verilən uzun mənzilli silahlara, məsələn, Britaniya-Fransa Storm Shadow raketlərinə işarə edərək, “bu, sadəcə raket deyil, həm də ağır raket olmalıdır” - deyib.

Ən azı açıq şəkildə, müttəfiqlər indiyə qədər Ukraynaya Rusiyanın dərinliklərində bu silahlardan istifadə etməyi qadağan ediblər.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər