Ukraynanın hücumundan sonra Rusiyanın 33 dənizçisi itkin düşüb

Ukraynanın hücumundan sonra Rusiyanın 33 dənizçisi itkin düşüb - KİV

Ukrayna Silahlı Qüvvələrinin Feodosiya limanı yaxınlığında “Novoçerkassk” desant gəmisini vurması nəticəsində azı 19 rusiyalı dənizçi yaralanıb, 33-ü itkin düşmüş sayılır.

AzPolitika.info xəbər verir ki, bu barədə Rusiyada məşhur olan «Astra» teleqram kanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Kanalın məlumatına görə, dekabrın 26-na keçən gecə baş tutmuş hücum zamanı gəmidə 77 dənizçi olub. İtkin düşənlərdən başqa 19 dənizçi də yaralanıb.

Krımın psevdobaşçısı Sergey Aksyonov daha əvvəl limana hücum nəticəsində bir nəfərin öldüyünü və dörd mülki vətəndaşın yaralandığını bildirmişdi.

Hücum zamanı “Novoçerkassk” gəmisində dənizçilərin olması faktını da daha əvvəl Rusiya KİV-ləri yayıb. Onların bildirdiyinə görə, zərbə zamanı gəmidə ən azı iki zabit ola bilərdi. 

Hücum yerində “Storm Shadow” raketinin qalıqları tapılıb. Gəminin özü isə bütünlüklə yanaraq, batıb.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin sözçüsü Yuri İqnatın açıqlamasına görə, Rusiya gəmisinin göyərtəsində döyüş sursatı, hətta “Şahed” tipli PUA-lar olub. Məhz bu səbəbdən də belə güclü partlayış baş verib. Onun sözlərinə görə, “Novoçerkassk”a endirilən zərbə təkcə gəminin özünü və Rusiya hərbçilərini məhv etməyib, həm də yaxınlıqdakı liman infrastrukturuna və yardımçı gəmilərə ziyan vurub.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi