“Ukraynaya nə qədər lazımdırsa, mərmi verəcəyik” - Çexiya Prezidenti
Çexiya prezidenti Petr Pavel bildirib ki, yaxın gələcəkdə Avropa şirkətləri Avropa ölkələri və Ukrayna üçün lazım olan miqdarda sursat istehsal edə biləcəklər.
AzPolitika xəbər verir ki, Pavelin “Azadlıq Radiosunda” yayımlanan çıxışında deyilir: “Lazımi sayda mərmi istehsalı vaxt tələb edir. Bu, bizim istehsal gücümüzü artırmağı tələb edir. Ancaq Ukraynaya indi mərmi lazımdır. Biz Avropa şirkətlərini gözləyə bilmirik, ona görə də hər yerdə sursat tapmağa və onu mümkün qədər tez Ukraynaya çatdırmağa çalışırıq. Amma bununla yanaşı, biz öz imkanlarımızı artırırıq. Yaxın zamanda Avropa şirkətləri Avropa ölkələrinin ehtiyatlarını artırmaq üçün lazımi miqdarda döyüş sursatı istehsal edə, habelə Ukraynanı ehtiyac olarsa, sursatla təmin edə biləcəklər”.
Pavel bildirib ki, hələlik Ukrayna və Rusiyanın müharibənin dayandırılması ilə bağlı razılığa gələ biləcəyini təsəvvür etmək mümkün deyil.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın