Ülvi Quliyevin seçkiqabağı təbliğat-təşviqat kampaniyası davam edir - FOTOLAR
Seçkiqabağı təbliğat-təşviqat kampaniyası böyük ruh yüksəkliyi ilə davam edir.
13 avqust, 2024-cü il tarixdə 15 saylı Yasamal rayon birinci seçki dairəsindən deputatlığa namizəd Ülvi Quliyev seçiciləri ilə növbəti genişmiqyaslı görüşünü keçirib.
VII çağırış Milli Məclisin deputatlığına namizəd Ülvi Quliyevin seçkiqabağı təbliğat-təşviqat kompaniyası çərçivəsində ikinci böyük görüşü baş tutub.
Belə ki, görüşdə iştirak edən seçicilər arasında şəhidlərimizin ailə üzvləri və Vətən müharibəsi qazilərimiz də iştirak edib.
Ü. Quliyev görüşdə iştirak edən seçicilərə, ilk növbədə, şəhid ailələrinə və qazilərə söylədikləri səmimi fikirlərə, verdikləri dəstəyə görə səmimi qəlbdən təşəkkürünü bildirib.
Qeyd edək ki, görüş zamanı seçiciləri düşündürən məsələlər və suallara aydınlıq gətirilib. Ü. Quliyev bu görüşlərin davam edəcəyini bildirib.
Bu xəbər üçün şərh yazın