Ülvi Quliyevin təbliğat kampaniyası üzrə seçilərlə görüşləri davam edir

Ülvi Quliyevin təbliğat kampaniyası üzrə seçilərlə görüşləri davam edir - FOTOLAR

VII çağırış Milli Məclisin deputatlığına namizəd Ülvi Quliyevin seçkiqabağı təbliğat-təşviqat kompaniyası çərçivəsində seçicilərlə görüşləri yüksək səviyyədə davam edir.

15 saylı Yasamal rayon birinci seçki dairəsindən deputatlığa namizəd Ülvi Quliyevin seçki kampaniyası çərçivəsində seçicilərə fəaliyyəti və həmçinin platforması barədə dolğun məlumat verilib.

Hər bir görüş zamanı seçicilərə namizədin fəaliyyətini özündə əks etdirən materiallar paylanılıb. Bununla yanaşı, seçki dairəsindən olan sakinlər Ülvi Quliyev haqqında səmimiyyətlə xoş sözlər söyləyiblər.

Belə ki, keçirilən görüşlərdə
Qazi və şəhid ailələrinin də evlərində olub, onların problemləri ilə daha yaxından maraqlanıblar.

Nəzərinizə çatdıraq ki, digər şəhər və rayonlarımızda olduğu kimi sentyabrın 1-də keçiriləcək Parlament seçkiləri ilə əlaqədar, Yasamal rayonunda da bu istiqamətdə geniş planlar həyata keçirilib və tədbirlər davam edir.

Qeyd edək ki, Ülvi Quliyev də öz sosial media platformasında vurğulayıb ki, "Seçicilərlə görüşlərimiz davam edir. 

Fərdi təmaslar zamanı onları narahat edən suallara mümkün qədər aydınlıq gətirməyə, problem və qayğılarını qanuni səlahiyyətlərimiz çərçivəsində həll etməyə çalışırıq. Bu istiqamətdə fəaliyyətimiz qarşıdakı günlərdə də davam edəcək."























Birinci məlumatlanmaq üçün facebook səhifəmizi