Uşaq evində valideynlə tərbiyəçinin davasının - Videosu
Paytaxtın Xətai rayonundakı 3 saylı uşaq evində tərbiyəçi köməkçisi işləyən 1982-ci il təvəllüdlü Gülcan Nağıyeva Günay adlı valideyn tərəfindən döyülüb. Hadisəyə səbəb isə tərbiyəçinin valideynin oğlunu vurması olub.
Faktinfo.az Baku TV-yə istinadən xəbər verir ki, bu barədə anaya uşaq evindəki digər övladı, həmin vaxt yan otaqda olan qızı xəbər verib.
Hadisə istirahət günündə baş verib. Hadisə şahidinin sözlərinə görə, valideyni sakitləşdirməyə çalışsalar da, mübahisə yenidən qızışıb.
Uşaq evinin direktoru Məhbubə Hüseynova isə qeyd edib ki, özü də həmin uşaq evində böyüyən tərbiyəçi 10 ilə yaxındır burada çalışıb. Ancaq bu hadisədən sonra onunla bağlı ölçü götürülüb, işdən azad edilib.
Gülcan Nağıyeva həmin uşağa əl qaldırmadığını bildirib:
"Özüm 3 saylı uşaq evində böyümüşəm. Sizcə, mən o uşaqlara əl vuraram? O uşağa əl qaldırmamışam. Tərbiyəsiz sözlər danışdığı üçün başından itələdim”.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın