ÜST-dən KRİTİK AÇIQLAMA: peyvəndlər infeksiyanın qarşısını ala bilmir, amma...

ÜST-dən KRİTİK AÇIQLAMA: peyvəndlər infeksiyanın qarşısını ala bilmir, amma... 

"Peyvəndlər koronavirus infeksiyasının ağır gedişatından qoruyur, ancaq infeksiyanın qarşısını almır. Ona görə də maska rejiminə riayət olunmalıdır".

Bu barədə ÜST-ün Rusiya Federasiyasındakı nümayəndəsi Melita Vujnoviç TASS-a açıqlamasında bildirib.

"Anlamaq üçün ən vacib şey peyvəndin xəstəliyin ciddiləşməsini və ölümü önləməsidir. Təəssüf ki, bütün peyvəndlər infeksiyanın qarşısını ala bilmir. Bu, hər bir insanın yoluxa biləcəyi deməkdir. Buna görə biz bundan sonra da maskalı rejimə və məsafəyə riayət etməyi tövsiyə edirik". - Vujnoviç əlavə edib.

ÜST rəsmisi infeksiyanın çox vaxt asemptomatik olduğunu da qeyd edib: "Məsələn, ofisimizdə hər kəs peyvənd olunur. Bir halda təyyarədə uçmaq istəyən bir şəxsin PCR testi müsbət çıxdı. Eyni zamanda onda heç bir simptom yoxdur. Ancaq başa düşmək lazımdır ki, peyvəndlər ciddi bir xəstəliyə qarşı təsirlidir".

Təşkilat nümayəndəsinin sözlərinə görə, paralel olaraq koronavirus üçün dərmanlar hazırlanır./Publika.az 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi