Vahid Əhmədovun namizədliyi qeydə alındı – DSK namizədlik vəsiqəsini təqdim edib
1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində 59 saylı Quba seçki dairəsindən namziədliyini irəli sürmüş iqtisadçı, VI çağırış Milli Məclisin üzvü Vahid Əhmədovun namizədliyi qeydə alınıb.
Faktinfo.az xəbər verir ki,bu barədə AzPolitika.info-ya onun köməkçisi Cahandar Şərəfli məlumat verib.
“Vahid müəllimin namizədliyi Dairə Seçki Komissiyası (DSK) tərəfindən təsdiq olunub və ona namizədlik vəsiqəsi təqdim edilib”, - deyə o, bildirib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın