Vaşadze birinci prioritetini açıqladı : Prezident seçiləcəyim təqdirdə...
Gürcüstan prezidenti seçiləcəyim təqdirdə növbədənkənar parlament seçkisi təyin edəcəyəm.
Faktinfo.az xəbər verir ki, bunu birləşmiş müxalifətin namizədi Qriqol Vaşadze Kutaisidə tərəfdarlarıyla görüşü zamanı deyib.
“Bizim edəcəyimiz birinci iş növbədənkənar parlament seçkisi təyin etmək olacaq".
Xatırladaq ki, birinci turda hakim partiyanın namizədi Salome Zurabişvili ilə Q.Vaşadze rəsmi məlumata görə, təxminən eyni sayda – 38 faiz səs toplayıblar.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın