Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır.
APA.az xəbər verir ki, bu bəyanatla ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel brifinqdə çıxış edib.
Onun sözlərinə görə, bu, uzunmüddətli və ləyaqətli sülh sazişi yolunda mühüm addımdır.
“Ermənistan və Azərbaycanın 1991-ci il Alma-Ata Bəyannaməsini iki ölkə arasında sərhədlərin delimitasiyası üçün əsas kimi qəbul etməsi xəbərini alqışlayırıq”, - Patel qeyd edib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın