Vəfa Şərifova "Sevil" operasından "Dilbərin ariyası"nı niyə ifa etdi,ardı olacaqmı?
Sir deyil ki, son illər bir çox şou-biznes adamları qalmaqallarla, intriqalarla gündəmə gəliblər.
Bununla da şüuraltı ölkə vətəndaşların dərk etməsində mənfi və ya müsbət mənada özlərinə yer ediblər, tanınıblar. Belə nümunələr saysız-hesabsızdır. Müğənnilər arasında illərlə davam edən küsülülüklər,bir-birindən mətbuata kompromatların ötürülməsi kimi ziddiyyətli məqamlar yüzlərlədir.Elə Azərbaycan xalqı da nəticə etibarı ilə belə mövzulara diqqət yetirməklə,səs-küylü verlişlərə baxmaqla,gün keçirib,heç nə əldə etməyib.
Məsələn,müğənnilər Vəfa Şərifova və Şəbnəm Tovuzlu arasında efirlərdən səsləndirilən,saytların yazdığı fikirlər sonradan "müharibə" vəziyyətinə qədər yüksələn qarşılıqlı ittihamlarla əvəzlənib, mətbuat səhifələrinə daşınmaqla,hər iki ifaçını Azərbaycanda az qala 90 faiz kəsimin "sakini" edib.Məlum baş vermiş umu-küsülüklər məzmun etibarı ilə zövqlərə hakim kəsilsə də Azərbaycan ailələri üçün müsbət məna kəsb etməyib.O cümlədən instaqram səhifələrində tərəflərə aid xəbərlər baxış sayına görə ölkəmizdə fəaliyyət göstərən saytlardakı məlumatlandıran, marifləndirən, islah edən istənilən xəbərdən yüz dəfə artıq baxış sayına malik olub,diqqət çəkib, müzakirə obyektinə çevrilib.
Amma bu dəfə instaqram səhifələrini bəzəyən, saytların tirajladığı,efirlərlərdə gedən fikir fərqli idi.Vəfa Şərifova "Sevil" operasından "Dilbərin ariyası"nı ifa edə bilmişdi. Sonrakı günlərdə Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu buna münasibət bildirsə belə,vokal müəllimi İntiqam Kərimov sərt açıqlaması ilə hardasa şou-biznes adamlarına sənət mənasında müzakirə ediləcək mövzudan kənara çıxmamalarını diqtə edə bildi.Yəni artıq bu dəfə müzakirə məişət səviyyəsindən çox-çox uzaq Vəfa Şərifovanın "Sevil" operasından "Dilbərin ariyası"nı uğurla ifa edib-etməməsindən gedirdi.Həmin atmosferi yaxşı mənada bir çox şou-biznes adamları üçün ilkin başlanğıc kimi də xarakterizə etmək mümkün idi.
Düzdür, Vəfa Şərifovanın “Sevil” operasından "Dilbərin ariyası"nı ifa edəcəyini təxmin etmək olardı.Çünki, bir müddət əvvəl "Tarixin bir günü" verilişində qonaq olan Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi İntiqam Kərimov müğənni Vəfa Şərifova haqda diqqətçəkən açıqlamalar vermişdi. "Vəfa Şərifova hazırlıq üçün mənim yanıma gələndə 17 yaşı var idi.Mənim yanımdan ayrılanda 2 oktava 2 not səsi var idi.Bununla istənilən ariyanı oxumaq olar.Yenidən hazırlığa başlasaq,ona "Sevil" operasından "Ediliyanın ariyası"nı oxudacağam.Bunun üçün Vəfaya 2 ay vaxt lazımdır,"-İntiqam Kərimov qeyd etmişdi.
Vəfa Şərifova “Sevil” operasından "Dilbərin ariyası"nı niyə ifa etdi,ardı olacaqmı?
Hardasa məlum açıqlama özündə müəyyən fikirləri ehtiva edirdi.Vəfa Şərifova hardasa uzun müddət davam edən münaqişəli vəziyyətdən çıxmaq,ona qarşı mənfi mənada fokuslananları təəccübləndirmək, "Vəfanın təmiz səsi yoxdur, " və s. haqqında səsləndirilən,yazılan fikirlər üçün nəsə etməli,əsl müğənni təsiri bağışlamalı idi.
Lakin, "Dilbərin ariyası"nı necə ifa edəcəyi, bunun onda alına biləcəyi isə zamana buraxılmış mövzu olaraq qalırdı. Hərçənd keçdiyimiz günlərdə vokal müəllimi İntiqam Kərimovun solo konsertində qonaq qismində iştirak edən müğənni səhnədə çıxış edərək, "Dilbərin ariyası"nı ifa edə bildi.Sirr deyil ki,Vəfa Şərifovanın özünəməxsus olmayan janrda ifası xüsusi olaraq, tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı.
Beləliklə,Vəfa Şərifova "səsi yoxdur" deyənlərə və bu istiqamətdə onun əlehdarları üçün səs diapozonunu nümayiş etdirmiş oldu. Digər tərəfdən, böyük səhnələrə çıxmaq iqtidarında olduğunu,toy mahnılarından başqa hansı ifaya qadir olduğunu o gün özünü təsdiqlə başladı.Təbii ki, burada Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi İntiqam Kərimovun müstəsna xidmətini qeyd etməmək yersiz olardı.Amma "quyuya su tökməklə,quyu dolmaz" atalar misalının timsalında Vəfa Şərifovaya bəraət qazandırmamaq bu mənada ədalətsiz görünərdi.
Göründüyü kimi, müğənni Vəfa Şərifova “Sevil” operasından "Dilbərin ariyası"nı ifa etməklə boy verib görsəndi, istər məcburiyyətdən,istərsədə zərurətdən özünü ilk əvvəl rəqabət mühitində olduğu şəxslərə təqdim edə bildi.Bu təsdiq ona fokuslanmaq üçün məqam gözləyənlərə zaman buraxmadı.Tarazlığını saxlamaq üçün üzərində çalışdı,bu yolda prinsipiallığı ona əlavə divident gətirdi.Belə anlaşılır ki,Vəfa Şərifova "Dilbərin ariyası" ilə kifayətlənməyəcək,ardı olacaq.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın