“Vəli Ələsgərov hələ də azadlığa buraxılmayıb” – “Gözləyirik, heç nə məlum deyi...”
“Ali Məhkəmənin qərarı icra olunmayıb, Vəli Ələsgərov hələ də azadlığa buraxılmayıb. Məhkəmənin qərarı olsa da, heç nə deyilmir, gözləyirlər”.
Bunu Naxçıvan Muxtar Respublikasının keçmiş Milli təhlükəszilik naziri Vəli Ələsgərovun vəkili Vüqar Xasayev AzPolitika.info- ya açıqlamasında bildirib.
Xatırladaq ki, dünən Ali Məhkəmənin qərarı ilə V.Ələsgərov barədə məhkəmə hökmü dəyişdirlərək azadlığa buraxılması barədə qərar verilib.
Vəkil bildirib ki, məhkəmənin qərarını götürüb Naxçıvana getsə də cəzaçəkmə müəssisəsinin rərhbərliyi keçmiş naziri azadlığa buraxmayıb.
“Bu barədə qarışıq rejimli cəzaçəkmə müəssiəsinin rəisi Rəşad bəyə sual vermək lazımdır ki, niyə məhkəmənin qərarını icra etmirsən? Mən gözləyirəm ki, Vəli bəy buraxılsın və bilet alıb gələk Bakıya. Bu adam artıq orada qanunsuz saxlanılır. Ancaq buradakılar bunu başa düşmək istəmirlər. Hələ ki, gözləyirik. Heç nə məlum deyil" - deyə, Vüqar Xasayev vurğulayıb.
Bu xəbər üçün şərh yazın