"Verdiyiniz sözün hansını tutdunuz ki, yenidən sizə səs verək?"— Deputatla sakinin dialoqu
Namizədliyi növbəti dəfə Yeni Azərbaycan Partiyası (YAP) 103 saylı Şəmkir kənd seçki dairəsindən irəli sürülən deputat Nurlan Həsənovla seçicisi arasında maraqlı dialoq yaşanıb.
Azxeber.com xəbər verir ki, 103 Şəmkir kənd seçki dairəsindən deputatlığa ikinci dəfə namizəd olan Nurlan Həsənova həmin dairədən olan seçici sual ünvanlayıb.
Seçici deputatın rəsmi səhifəsinə "Bizim üçün verdiyiniz sözün hansını tutdunuz ki, bir daha yenidən sizə səs verək?” deyə sual ünvanlayıb.
Deputat isə seçicisinə cavabında "Seçki dairəsində fəaliyyətimizlə bağlı mütəmadi hesabat paylaşırıq. Həmin hesabatlar ictimaiyyətə açıqdır, tanış ola bilərsiniz” deyə cavab yazıb.
Seçici daha sonra konkret sual ünvanlayıb: "Mən Tatarlı kəndindənəm və verdiyiniz sözə rəğmən bizim kənd üçün heç bir etməmisiniz”.
Deputat cavabında deyib: "Mən heç bir söz vermirəm, əlimdən gələni edəcəyimi deyirəm və edirəm”.
Seçici bu cavabdan da razı qalmayıb və yenə deputata sual ünvanlayıb:
Bizim kənd camaatı uzun müddətdir ki. içməli su problemi yaşayır kəndin yarısında qaz yoxdur, yollarımız bərbad gündədir,
nə vaxta qədər öz hesabımıza su çəkəcəyik, yol düzəltdirəcəyik? Amma seçkı vaxtı gələndə belə demirsiniz. Neynəmisiniz bizim kənd üçün?
Deputat seçicinin bu sualını da cavabsız qoymayıb:
"Tatarlı kəndinə yol çəkilib, qaz
çəkilmə prosesi davam edir”.
Ancaq seçici bu cavabdan da məmnun qalmayıb:
Tatarlı kəndinin yarısına yol çəkilib, yarısı qalıb. Qaz məsələsinə gəldikdə isə keçən il yalandan gəlib 1 həftə işlədilər, sonra eləcə də yarımçıq qoyub getdilər”.
Başqa bir sakin də deputata müraciət edib:
"Şəmkir rayon Dəllər Cırdaxan kəndinin işıq və yol problemi yenə öz həllini tapmadı, siz də bu problemlərin həl olunmasında köməklik göstərəcəyinizi demişdiniz amma əvvəlkilər kimi yenə nəticə olmadı”.
Bu xəbər üçün şərh yazın