Verilişində tərzi ilə diqqət çəkir... —

Verilişində tərzi ilə diqqət çəkir... — FOTOLAR

İş xanımı Ruhiyyə Əliyeva bu sezon tamaşaçı qarşısına aparıcı kimi çıxmağa başlayıb.

"Liatris Holding”in rəhbəri “Qaranlıqda həqiqət” layihəsi ilə hər həftə RTV-nin efirində çıxış edir.  Nüfuzlu qonaqları ilə seçilən proqramda R. Əliyevanın geyimləri də diqqət çəkir.

O, öz tərzinə uyğun libaslar və kostyumlarla proqrama hazırlaşır. İş xanımı hər həftə fərqli və şıq “look”larla müsahiblərini qarşılayır.  R. Əliyeva bəzən qəhvəyi, bəzən ağ, bəzən qara, bəzən qırmızı, bəzən isə mavi tonlarından istifadə edir. Libaslarına uyğun rəngdə aksesuarlardan istifadə edən R. Əliyeva saç düzümü və makiyajı ilə kombinasiyasını tamamlayır.

İş xanımının proqramı üçün yaratdığı “look”ları təqdim edirik:



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi