
Vüqar Qurbanovun vəzifədən çıxarılmasına daha çox hansı amillər səbəb ola bilərdi?
Yerli mətbuatın yazdığına görə, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən ABŞ-da yaşayan bir jurnalistə Azərbaycan səhiyyəsinin problemləri, həkimlər haqqında məlumatlar ötürməsinə görə çıxarılıb.
Faktinfo.az saytı xəbər verir ki, düzdür, Səhiyyə Nazirliyi və TƏBİB arasında gərginliyin yaşanması zamanla sezilib. Bu mənada TƏBİB-in rəhbərliyi Səhiyyə Nazirliyinə tabeli olan Tədris Cərrahiyə, Tədris Terapevtik Klinikalarına və digər səhiyyə müəssisələrinə məhz bu səbəbdən göndərişli xəstələri çalışan qədər yönləndirməyib. Eləcə də, Səhiyyə naziri Teymur Musayevə Türkiyə prezidenti Ərdoğan tərəfindən "Tibb tarixinə və ortaq keçmişə vəfa" mükafatı təqdim olunduqdan sonra qısqanclıq hissi daha qabarıq formada büruzə verilib. Amma bununla belə, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun vəzifəsindən uzaqlaşdırılmasına bu qəbildən olan amillərin səbəb olduğu bir o qədər ağlabatan görünmür.
Faktinfo.az saytı onu da bildirir ki, TƏBİB-in sabiq rəhbəri Vüqar Qurbanovun vəzifəsindən uzaqlaşdırılmasına səbəb kimi qurumda külli miqdarda maliyyə israfçılığı,tibbi sərf üçün nəzərdə tutulan dərman vasitələrinin xəstəxanalara verilmədən anbarlarda saxlanılması,tenderlərin özlərinə yaxın şəxslərə uddurulması,əhalinin icbari tibbi sğortaya ödədiyi pulları,dövlət tərəfindən ayrılan vəsaitləri əlavə qrumlar yaradıb onların saxlanmasına və işçilərə məvacib yazılmasına xərcləmələri,müxtəlif xidmətlər üzrə yaradılmış qrumlarla müqavilələrin tez-tez yenilənməsi kimi müxtəlif sxemlər üzrə mənimsənilməsi və s.olma ehtimalı daha çox uyğun gəlir. Çünki, Vüqar Qurbanov hələ TƏBİB rəhbərliyindən uzaqlaşdırılmamış Maliyyə Nazirliyinin bütün xəstəxanalarda kompleks yoxlamalar aparıldığına və ilkin olaraq, yoxlama nəticəsində maliyyə itkisi aşkarlandığına dair məlumatlar yayılmışdı. Həmin xəbərlərdən sonra Vüqar Qurbanovun vəzifəsindən kənarlaşdırıla biləcəyi təxmin edilirdi.Və sonrakı halda elə də oldu.
Həmçinin külli miqdarda maliyyə mənimsənilməsinə yol verilməsi və maliyyə itkisi kimi halları olduğunu gücləndirən digər bir ehtimal sonrakı halda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) səlahiyyətlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilməsi ola bilərdi ki,bu da baş verdi. Ardınca, Zaur Əliyevin də işdən çıxarılacağına dair iddialar gündəmə gətirildi.Təbii bütün bunlar ehtimal edilən fikirlərdir, düz olub-olmayacağı zamana bağlıdır.Eləcə də,Maliyyə Nazirliyinin yoxlama aparan müfəttişlərinin peşəkarlığına,maliyyə pozuntularını nə dərəcədə aşkarlaya biləcəklərinə bağlıdır.
Amma bir həqiqət payı ondan ibarətdir ki,TƏBİB-in "idarəçiliyinin" Azərbaycan səhiyyəsinin inkişafını ləngidərək, daha bir 10 il geriyə atdı.Əczaçı TƏBİB-ə icraçı direktor qoyuldu,oda elmi dərəcəsi olmayanları elmi-tədqiqat inistitutlarına direktor qoydu,qeyri-peşəkarlar peşəkar həkimləri işdən çıxartdı.Eləcə də Zaqatala,Şəki, Balakən,Qax və digər bütün rayon xəstəxanalarına öz adamlarını yerləşdirməyi bacardılar. Respublika Dəri-Zöhrəvi Mərkəzinə Muşviq Zeynalovu, Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına Elviz Qasımovu direktor təyin etməklə həmin tibb müəissələrində də həkimlərin, tibbi personalın kütləvi şəkildə işdən çıxardılmasına,onların yeniləri ilə əvəzlənməsinə nail oldular.Saytlar yazsa da,sosial şəbəkələrdə müzakirələr aparılsa da fikir verən olmadı.O cümlədən ayrı-seçkilik yaratdılar,xəstələr üçün göndərişləri rayonlarda və Bakı şəhərində özlərinə yaxın özəl klinikalara yönləndirməklə pis presidentin əsasını qoydular.
Bu da son.İndi özləri də xəstəxanalara təyin etdikləri şəxslər də sakitcə aralanmaq,toxunulmaz,sorğu-sualsız qalmaq istəyirlər.
Faktinfo.az












Bu xəbər üçün şərh yazın