X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Milli Kitabxanası tərəfindən Şuşaya həsr olunmuş virtual sərgilərin təqdimatı keçirilib
Faktinfo.az-a Azərbaycan Milli Kitabxanasından verilən məlumatda bildirilir ki, 8 oktyabr tarixində dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr olunmuş X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Milli Kitabxanasının ekspozisiyasında “Şuşa əl işləri”, “Şuşa zərgərlik məmulatları”, “Şuşa məişət əşyaları”, “Şuşa milli geyimləri” adlı virtual sərgilərin təqdimatı keçirilib.
Təqdim olunan “Şuşa milli geyimləri” adlı virtual sərgidə Şuşa şəhəri əhalisinin XIX əsr geyim mədəniyyəti, onun təsnifatı, əyani-vizual görüntüləri və qısa tarixi öz əksini tapıb.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Susa_milli_geyimleri/index.htm linkindən istifadə edə bilərlər.
“Şuşa məişət əşyaları” adlı virtual sərgidə Şuşa şəhəri əhalisinin istifadə etdiyi məişət əşyaları, onların təsnifatı, haqqında məlumatlar, əyani-vizual görüntüləri və qısa tarixi öz əksini tapıb.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Susa_meiset_esyalari/index.htm linkindən istifadə edə bilərlər.
“Şuşa zərgərlik məmulatları” adlı virtual sərgidə Şuşa şəhərinin sənətkarlarının hazırladığı zərgərlik nümunələri, onların təsnifatı, haqqında məlumatlar, əyani-vizual görüntüləri və qısa tarixi öz əksini tapıb.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Susa_zergerlik_memulatlari/index.htm linkindən istifadə edə bilərlər.
“Şuşa əl işləri” adlı virtual sərgidə Şuşa şəhərində XIX əsr tikmə nümunələri, onların təsnifatı, əyani-vizual görüntüləri və qısa tarixi öz əksini tapıb.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Susa_el_isleri/index.htm linkindən istifadə edə bilərlər.
Qeyd edək ki, 2023-cü il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilib.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 21 noyabr 2023-cü ildə Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Bu xəbər üçün şərh yazın