Xameneinin yerini "gizli proqram" tapıb - FSB rəhbəri bu detalları ilk dəfə bölüşdü

Xameneinin yerini "gizli proqram" tapıb - FSB rəhbəri bu detalları ilk dəfə bölüşdü 

Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin təhlükəsizlik və kəşfiyyat rəhbərlərinin toplantısında İran ilə bağlı diqqətçəkən açıqlamalar verib. 

O, Moskvanın əldə etdiyi kəşfiyyat məlumatlarını ilk dəfə ictimaiyyətə açıqlayaraq ABŞ və İsrailin İran daxilində həyata keçirdiyi iddia olunan əməliyyatların detalları barədə danışıb.

Bortnikov bildirib ki, ABŞ və İsrail xüsusi xidmət orqanları Tehrandakı şəhərdaxili müşahidə sistemlərinə kiber müdaxilə edərək İran rəhbərliyinin hərəkətlərini izləyə biliblər. 

Onun sözlərinə görə, təhlükəsizlik kameraları və rəsmi videomüşahidə sistemlərinə yerləşdirilən "gizli proqram" təminatı vasitəsilə İranın yüksəkvəzifəli şəxslərinin yerləşdiyi məkanlar, hərəkət marşrutları və üz tanıma məlumatları əldə olunub. Rusiya rəsmisi iddia edib ki, sonradan həyata keçirilən hədəfli hücumlar məhz bu məlumatlar əsasında təşkil edilib.

FSB rəhbərinin açıqlamalarında İranın keçmiş ali dini lideri Əli Xamenei ilə bağlı iddialar da yer alıb. O, bildirib ki, ABŞ və İsrail kəşfiyyatı aylarla davam edən müşahidələr nəticəsində Tehranda keçiriləcək yüksək səviyyəli görüş barədə məlumat əldə edib. İddialara görə, süni intellekt texnologiyalarından istifadə olunaraq Xameneinin hərəkət trayektoriyası və görüşə qatılacağı ehtimal olunan məkan müəyyənləşdirilib.

Məlumata əsasən, əvvəlcə əməliyyatın gecə saatlarında həyata keçirilməsi planlaşdırılsa da, Tehrandakı toplantının gündüz keçiriləcəyi dəqiqləşəndən sonra hücumun vaxtı dəyişdirilib. Bildirilir ki, İsrailə məxsus döyüş təyyarələri səhər saatlarında havaya qalxıb və təxminən iki saat sonra Tehrandakı idarəetmə kompleksinə yüksək dəqiqlikli raket zərbələri endirilib.

İddialara görə, hücum zamanı İranın yüksəkvəzifəli hərbi və təhlükəsizlik rəsmilərinin bir hissəsi kompleksdə olub. Xameneinin isə yaxınlıqdakı başqa binada yerləşdiyi bildirilib./Azpolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi