Xanhüseyin Kazımlı ADİU-dan işdən çıxarıldı -Məhkəməyə müraciət deputata "baha" başa gəldi
Azərbaycan Dövlət İqtisad Universitetinin qiymət və qiymətləndirmə kafedrası bağlanıb.
Faktinfo.az xəbər verir ki, bu barədə Unikal.org-a Azərbaycan Dövlət İqtisad Universitetindən məlumat verilib.
Bununla bağlı UNEC-in Elimi Şurasının qərarı ilə ləğv edilib.
Qeyd edək ki, sözügedən kafedranın müdiri Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı olub.
Xatırladaq ki, bundan öncə X.Kazımlının Yapı Kredi Bank Azərbaycan QSC-yə borc müqabilində girov qoyduğu Novxanıdakı villası əlindən alınıb,indi də vəzifəsini itirdi.Görünən odur ki,məhkəməyə müraciət etməsi ona "baha" başa gəldi.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın