Xankəndidə silahlı təxribat planlaşdıran erməniəsilli şəxsə hökm oxundu

Xankəndidə silahlı təxribat planlaşdıran erməniəsilli şəxsə hökm oxundu 

Xankəndi şəhərində terror törətməyə cəhd edən Karen Avanesyan 16 il azadlıqdan məhrum edilib. Gəncə Ağır Cinayətlər Məhkəməsində Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə ona hökm oxunub.

Məhkəmənin qərarı ilə K.Avanesyan 16 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı Karen Avanesyanın 18 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Qeyd edək ki, bu il sentyabrın 14-də Avanesyan Karen Albertoviç yaşadığı yerdən şəhərin yaxınlığındakı meşə massivinə gedərək qabaqcadan orada gizlətdiyi "Kalaşnikov” avtomatını və ona aid patronla dolu 4 sandıqcanı, eləcə də 5 ədəd qumbaranı götürüb Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyib. Polis əməkdaşları ona mane olarkən Karen Avanesyan 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərib. Cavab atəşi nəticəsində güllə yarası almış Karen Avanesyan tutulub.

Təqsirləndirilən Karen Avanesyan Cinayət Məcəlləsinin 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11 (xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar ümumi təhlükəli üsulla iki və daha çox şəxsi terrorçuluqla əlaqədar qəsdən öldürməyə cəhd qəsdən adam öldürməyə cəhd), (qəsdən adam öldürməyə cəhd), 214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə terrorçuluq törədildikdə), 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə etmə, saxlama və daşıma) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə) maddələri ilə ittiham edilib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi